Səmərəli asudə vaxt-sağlam gələcək deməkdir
01.04.2021 tarixində “ SƏMƏRƏLİ ASUDƏ VAXT-SAĞLAM GƏLƏCƏK DEMƏKDİR” adlı silsilə video konfransın ilk ünvanı - Qobu, 1 nömrəli tam orta məktəb idi.
Tədbirin giriş sözü məktəbin X sinif şagirdi S.Mikayılzadə verildi. O tədbridə iştirak edənləri salamlayıb sözü mövzu ilə bağlı digər həm yaşıdı - məktəbli, P. Abışovaya verdi.
O, asudə vaxtında gənclərin mütailə ilə məşğul olmalarını tövsiyə etdi. Pəri bunun üçün rayonlarda eləcədə bölgələrimizdə kitabxanaların fəaliyyətinin yüksək səviyyədə olduğunu vurğuladı.
Növbəti çıxış üçün söz məktəbin direktoru Ş.Qasımova verildi. O, uşaqların eyni zamanda gənclərin asudə vaxtının səmərəli keçməsinin onların sağlamlığına necə ciddi təsir göstərəcəyini qeyd edərək, şagirdlərin təlim-tərbiyəsi ilə bağlı mühüm öhdəliklərin məktəbin üzərinə düşdüyünü vurğuladı. Həmçinin gənclərin asudə vaxtlarında sosial şəbəkələrdə çox keçirməməyi, bunun həm sağlamlıqlarına, həmdə asudə vaxtlarını səmərəli keçirməklərinə maneə yarada biləcəyini vurğuladı.
Sonra, Uşaq Səfirlər Məclisin üzvü - H. Ağayeva çıxış etdi. O, asudə vaxtın təşkilinin qanunvercilikdə rolunu izah edərək, "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunudakı 25-ci və 26-cı maddələri rəhbər tutaraq uşaqları məlumatlandırdı. Həmçinin gənc tələbələrin universitetlərdəki Tələbə Gənclər Təşkilatlarına üzv olmağını tövsiyə etməklə asudə vaxtın daha səmərəli keçirəcəyinə əmin olduğunu vurğuladı.
Növbəti söz, məktəbin X sinif şagirdləri V. Qiyasovaya, Y. Əliabbasovaya, R. Babayevaya, R. Aslanovaya, X. Qədirovaya verildi. Onlarda öz növbələrində asudə vaxtlarını necə keçirdiklərini həmçinin öz həmyaşıdlarına tövsiyətövsiyələrini verdilər.
Məktəbin müəllimlərindən A. Baxışlı asudə vaxtın düzgün təşkilinin şagirdlərin məktəbdəki sinif yoldaşlarına həmçinin müəllimlərinə də münasibətinə təsir göstərəcəyini bildirdi.
Həmçinin məktəbin IX sinifində təhsil alan Ş. Səfərova, N. Abaszadə, K. Səmədova asudə vaxtın səmərəli təşkil olunmasında valideynlərin rolu olduğunu xüsusi ilə qeyd etdilər.
Sonda məktəbin pisxoloqu asudə vaxtları gənclərin birbaşa emosiyaları ilə bağlı olduğunu deyərək, asudə vaxtları nə qədər maraqlı və səmərəli olarsa bir o qədərdə həmin gəncin ətraf mühitə münasibəti fərqli olduğunu vurğuladı.
Yekun olaraq isə Uşaq Səfirlər Məclisinin üzvü - Həyat Ağayeva yaradılmış şəraitə görə məktəb rəhbərliyinə öz minnətdarlığını bildirdi.