Samuxda “Xalxın uşağı” həyat modeli səhnəciyi nümayiş etdirilib
Uşaq Səfirlər Məclisinin Samux üzrə regional nümayəndələri Nazxanım Hüseynova və Xalidə Rəhimli tərəfindən “Xalxın uşağı” həyat modeli səhnəciyi nümayiş etdirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, valideynlər və məktəblilər iştirak ediblər.
Əvvəlcə çıxış edənlər, ailələrdə psixoloji vəziyyətin uşaqlara təsirindən söz açıblar. Bildiriblər ki, günümüzdə uşaqlardakı mənfi davranışların əsasında ailə münasibətləri durur.
Daha sonra bununla bağlı “Xalxın uşağı” həyat modeli səhnəciyi nümayiş etdirilib.