SAĞLAM GƏLƏCƏK - SAĞLAM PSİXOLOGİYA
13.04.2021 tarixində "SAĞLAM GƏLƏCƏK - SAĞLAM PSİXOLOGİYA" mövzusunda silsilə video konfransın ikinci ünvanı - Qobu 2 nömrəli tam orta məktəb olmuşdur.
Tədbiri giriş sözü ilə məktəbli - T. Əliyeva başladıb. Daha sonra söz Uşaq Səfirlər Məclisinin üzvü - Ə.İsmayılovaya verilib. O, öz çıxışında sağlam gələcək və düşüncə tərzi ilə bağlı məsələlərə toxunub.
Sonra məktəbli T.Əliyeva isə uşaq hüquqları, ailənin uşağın həyatında oynadığı rol haqqında çıxış edib.
Növbəti söz həmin məktəbin şagirdi A.Bağırovaya verilib. O, çıxışında zərərli vərdişlərin insanlara vurduğu ziyan, bəzi hallarda azyaşlı uşaqlarda zərərli vərdişlərə meyilin məhz elə ailədən qaynaqlandığını vurğuladı.
Növbəti müzakirə mövzusu Nüşabə Əlizadənin çıxışında Xarakter və insanların xarakterik xüsusiyyətləri oldu. T. Əliyevanın çıxışında qeyd etdi ki, şagirdlərin psixoloqlarla mütəmadi görüşə ehtiyacı var. Onlar belə görüşlərin keçirilməsi ilə bağlı öz görüş istəklərini bildirdilər.
Tədbirin sonunda A. Bağırova növbəti tədbirlərinin Ekologiya mövzusunda olması təklifini verdi. Qızlar tərəfindən də xoş qarşılanan bu tədbir üçün hər tədbir iştirakçısının öz çıxışını maraqlı edəcək, tullantıdan hazırlayacaqları bir əşya və ya ekologiya ilə bağlı çəkəcəkləri şəkil üzərində aparılması fikri verildi (Ə. İsmayılova tərəfindən).