Sabirabadda təlim: “Dünyamızı təmiz saxlayaq”
Uşaq Səfirlər Məclisinin Sabirabad üzrə region nümayəndələri Əminə Quliyeva və Dilbər Ağayeva tərəfindən “Yalnız bir DÜNYA” layihəsi çərçivəsində “Dünyamızı təmiz saxlayaq” adlı təlim keçirilib.
Təlimdə Uşaq Səfirlər Məclisinin nümayəndələri və 20 fəal uşaq iştirak ediblər.
Təlim zamanı yenidən emalın önəmi, çeşidlənmənin mahiyyətindən söz açılıb. Bildirilib ki, ekoloji problemlərin həlli sosial məsuliyyət məsələsidir və maarifləndirilmə əsas üsullardandır. Onun üçün də yararlı məlumatlar daim cəmiyyətə çatdırılmalıdır.
Təlim uşaqların fikirlərinin səsləndirilməsi ilə interaktiv formada davam edib.