Sabirabadda “Təhsil hər yerdə” adlı təlim və intellektual oyun
Uşaq Səfirlər Məclisinin Sabirabad üzrə regional nümayəndələrinin təşəbbüsü və Sabirabad rayon Gənclər evinin dəstəyi ilə “Təhsil hər yerdə” adlı təlim və intellektual oyun keçirilib.
Təlimdə təhsilin sosial inkişafın əsası olduğu və təhsil müəssisələrinin effektivliyinin daha çox məktəb mühitindən başladığı bildirilib. Qeyd edilib ki, təhsil zaman keçdikcə dəyişən cəmiyyət və mədəniyyətin təsirində qalır. Təhsil mədəniyyəti və cəmiyyət inkişafı arasındakı əlaqə dinamik və mübadiləlidir. Gələcək nəsillərin ruh və düşüncə strukturlarının formalaşmasında, mədəniyyətin ötürülməsində təhsil mühüm rola sahibdir. Çoxları təhsilin mədəni dəyərlərin, adət-ənənələrin və inancların nəsildən-nəslə ötürülməsində əhəmiyyətli bir vasitə olduğunu düşünür. Təhsil sosial tərəqqinin təməl daşıdır, fərdi potensialın və kollektiv inkişafın açarı kimi xidmət edir.
Daha sonra intellektual oyun keçirilib. Nəticələrə əsasən isə “Star” komandası qalib olub. Qalib komandanın üzvləri diplom və hədiyyələr ilə təltif edilib.