Saatlı rayonunda "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı regionlar üçün layihəsinin görüşü keçirilib.
Saatlı rayonunda "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı regionlar üçün layihəsinin görüşü keçirilib.
Saatlı rayon Heydər Əliyev Mərkəzində Uşaq Səfirlər Məclisinə Saatlı rayonu üzrə nümayəndəsi Zeynəb Pirverdiyevanın təşəbbüsü və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı regionlar üçün layihəsi çərçivəsində “Heydər Əliyev və Uşaq Hüquqları” adlı dəyirmi masa təşkil olunub.
Öncə Mərkəzdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm dövrlərini əhatə edən fotolardan ibarət sərgiyə baxış keçirilib.
Dəyirmi masa ətrafında davam edən görüşdə rayon üzrə Uşaq Səfirlər Məclisinin nümayəndəsi Zeynəb Pirverdiya çıxış edərək Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsinin, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin daima uşaqlara böyük qayğı və diqqət göstərdiyini, onların ən böyük himayədarı olduğunu bildirib. Eyni zamanda Zeynəb Privediyeva çıxışında Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görüldüyünü, müvafiq qanunvericilik aktları qəbul edildiyini, uşaqların yaxşı təhsil və təlim-tərbiyə almasının, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsinin Ulu Öndərin daim diqqətində olduğunu xüsusi vurğulayıb.
Sonra tədbirdə iştirak edən Saatlı rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehriban Ağayeva, Mil-Muğan Regioanl Təhsil İdarəsi Saatlı Təhsil sektorunun müdiri Günay Sultanova, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aida İbrahimova, Rayon Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Səmədağa Məmmədov, eyni zamanda S.Vurğun adına şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri və şagird kollektivi mövzu ətrafında çıxış edərək, dəyirmi masa ətrafında fikir mübadiləsi aparıblar.