Regionlarda “Mənim hüquqlarım” adlı təşviqat  avtobusu layihəsi çərçivəsində uşaqlarla görüşlər davam edir

Regionlarda “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində uşaqlarla görüşlər davam edir

  • 23 İyun 2024
  • admin

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və öz maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə həyata keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində növbəti səfər Daşkəsən rayonuna təşkil olunub.

11-13 iyun 2024-cü il tarixlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bayan, Quşçu, Xoşbulaq, Qabaqtəpə kəndlərində və Daşkəsən qəsəbəsində ümumilikdə 125 uşağın iştirakı ilə “Uşaq hüquqları”, eyni zamanda “İnternet təhlükəsizliyi” mövzularında təlimlər keçirilib.

Dövlət Komitəsinin əməkdaşı və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb.

Təlimlərin sonunda uşaqlara “Uşaq hüquqları”,“İnternetdən təhlükəsiz istifadə üçün maariflənək” adlı maarifləndirici çap materialları və yapışqanlı stikerlər paylanılıb, həmçinin bədii kitablar hədiyyə edilib.