"Xəyalların Sərhədi Yoxdur" adlı konfrans
30 aprel tarixində Uşaq Səfirlər Məclisinin və qardaş Türkiyədə fəaliyyət göstərən Hempa Çocuk Derneği'nin birgə təşkilatçılığı ilə "Xəyalların Sərhədi Yoxdur" adlı interaktiv konfrans təşkil edildi.
Onlayn formatda baş tutan konfransda, Dr. Mehmet Güllüoğlu - Səfir, AFAD Sabiq rəhbəri, "Türk Kızılayı" Sabiq rəhbəri, Tibb elmləri doktoru
Figen Kılıç - Baş Mühəndis, "Turkcell" Şurasının üzvü iştirak etmiş və iştirakçılara dəyərli məsləhətlərini verərək, suallarını cavablandırmışlar.
Həmçinin konfransda 60 fəal uşaq iştirak edib. İştirakçılar arasında ölkəmizdə fəaliyyət göstərən türk liseylərinin şagirdləri də yer alıblar.
Disskusiya formatında keçirilmiş tədbirin əsas məqsədi gənclərin perspektivli karyeralarını düzgün istiqamətdə qurmalarına dəstək vermək idi. Tədbir xoş müzakirə və xatirə fotosunun çəkilməsi ilə başa çatdı.