"Mən fəxr edirəm ki, Azərbaycanlıyam" regionlar üçün layihəsi davam edir...
"Mən fəxr edirəm ki, Azərbaycanlıyam" regionlar üçün layihəsi davam edir...
7 iyun tarixində Uşaq Səfirlər Məclisinin Şuşa rayonu üzrə nümayəndələrinin təşkilatçılığı ilə Şuşa rayon 7 nömrəli tam orta məktəbdə "Heydər Əliyev İli"nə həsr edilmiş "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" regionlar üçün layihəsi çərçivəsində intellektual yarış keçirilib.
Yarışda Heydər Əliyevin həyatı, siyasi hakimiyyət illərindəki önəmli hadisələr, tarixi şəraiti əhatə edən suallar iştirakçıların marağına səbəb olub.
"Qaliblər", "Şuşa" və "Zəfər" adlı üç komandanın iştirak etdiyi yarışın nəticələrinə əsasən "Şuşa" komandası qalib olub.