"DÜZGÜN PEŞƏ SEÇİMİ" mövzusunda "Qızlar müzakirəyə qoşulur" adlı silsilə video konfransı
26.04.2021 tarixində "DÜZGÜN PEŞƏ SEÇİMİ" mövzusunda "Qızlar müzakirəyə qoşulur" adlı silsilə video konfransın dördüncü görüşü ünvanı - Sabunçu rayonu, 22 nömrəli, 130 nömrəli və 293 nömrəli tam orta məktəblər oldu.
Tədbirdə Uşaq Səfirlər Məclisinin üzvləri də iştirak edirdi.
İlk öncə tədbirə ümumi giriş olaraq Səfir Allahverdiyeva Nəcibə mövzu haqqında danışdı.
Daha sonra "Fiziki və psixoloji sağlamlığın peşə seçiminə təsiri" ilə əlaqəli Səfir Paşayeva Mədinə məlumat verdi.
Növbəti olaraq "Asudə vaxtın səmərəli təşkili" ilə bağlı Səfir Əliyeva Gülay məlumat verdi.
Sonra "Ailə və peşə seçimi" istiqamətində Ağayevə Həyat məlumat verdi. Həmçinin peşə seçimi ilə əlaqədar pandemiya şəraitinə uyğun olaraq video-konfransların təşkili fikrini irəli sürdü.
Növbəti olaraq Səfir Əsmər İsmayılova "Cəmiyyət və peşə seçimi" ilə əlaqəli çıxış etdi.
Məktəblilərdən 293 nömrəli məktəbdən Məmmədova Nigar və Əliyeva Fidan öz fikirlərini bildirdi.
22 nömrəli məktəbin şagirdi Şəbnəm Hüsaynzadə oxuma vərdişlərinin formalaşması ilə görüşlərin keçirilməsi ilə bağlı təklif irəli sürdü.
130 nömrəli məktəbin şagirdi Xədicə Abdullayeva erkən nigahların peşə seçiminə edəcək mənfi təsirlərdən danışdı.
Məktəblilərin hər biri qısa da olsa öz fikirlərini və bu məsələyə qarşı mövqelərini bildirdilər.