Qəbələ Rayonunda “Gözəl təbiətim!” layihəsi çərçivəsində uşaqların tarixi məkanlara ekskursiyası təşkil olunub

Qəbələ Rayonunda “Gözəl təbiətim!” layihəsi çərçivəsində uşaqların tarixi məkanlara ekskursiyası təşkil olunub

  • 08 Sentyabr 2024
  • admin

Uşaq Səfirlər Məclisinin Qəbələ rayonu üzrə nümayəndələrinin təşəbbüsü, Qəbələ rayon İcra Hakimiyyətinin və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Gözəl təbiətim!” layihəsi çərçivəsində uşaqların tarixi məkanlara ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı Çuxur Qəbələ kəndində yerləşən Qəbələ Arxeoloji Mərkəzi, Qəbələ Dövlət Tarix-Bədii qoruğu, həmçinin Nic qəsəbəsində yerləşən "Müqəddəs Yelisey" və "Müqəddəs Məryəm Ana" kilsəsi ziyarət edilib.