Qazaxda “Ekran arxasındakı gərgin həqiqətlər” adlı tədbir

Qazaxda “Ekran arxasındakı gərgin həqiqətlər” adlı tədbir

  • 05 İyun 2024
  • admin

Uşaq Səfirlər Məcəlləsinin Qazax üzrə regional nümayəndəsi Zeynəb Əyyublunun təşkilatçılığı, Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin dəstəyi ilə “Ekran arxasındakı gərgin həqiqətlər” adlı tədbir keçirilib. Tədbir kiber bullinqin şagirdlərə təsirinə həsr olunub.

 

Uşaq Səfirlər Məcəlləsinin Qazax üzrə regional nümayəndəsi Zeynəb Əyyublu kiber bullinqin şagirdlərin sosial-ictimai və psixoloji durumuna mənfi təsirindən, kiber bullinqə məruz qalanların yaşadıqları hisslərdən bəhs edib. Şagirdlərin iştirakı ilə diskussiya təşkil edilib. Sonda kiber bullinqin haqqında bikletlər iştirakçılara paylanıb.