Naxçıvan MR-nın Ordubad rayonunda “Hüquqlarımızı tanıyaq, erkən nikaha və qohum evliliyinə birlikdə YOX deyək!” adlı tədbir
Naxçıvan MR-nın Ordubad rayonunda “Hüquqlarımızı tanıyaq, erkən nikaha və qohum evliliyinə birlikdə YOX deyək!” adlı tədbir
Uşaq Səfirlər Məclisinin Naxçıvan Muxtar Respublikasının Ordubad üzrə regional nümayəndəsinin təşkilatçılığı ilə “Hüquqlarımızı tanıyaq, erkən nikaha və qohum evliliyinə birlikdə YOX deyək!” adlı tədbir keçirilib.
Tədbirdə uşaq hüquqlarının qorunmasının günün aktual məsələlərindən olduğu və bu gün dövlət siyasətinin əsas xətlərindən birini təşkil etdiyi bildirilib. Qeyd edilib ki, erkən nikah da uşaqların bütün hüquqlarının – təhsil, sağlamlıq, şəxsiyyət, toxunulmazlıq, inkişaf və sş hüquqlarının pozulmasına təkan verən əsas haldır.
Tədbir uşaqlarının mövzu ilə bağlı fikirlərinin səsləndirilməsi ilə başa çatıb.