Naxçıvan MR-də “Yaşıl Enerji və onun üstünlükləri” adlı təlim
Naxçıvan Muxtar Respublikasında Uşaq Səfirlər Məclisinin Culfa rayonu üzrə nümayəndəsi Turan Nağıyev tərəfindən “Yaşıl Enerji və onun üstünlükləri” adlı təlim keçirilib.
Təlimdə qeyd edilib ki, ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin alternativ enerji sahəsi üzrə texnoloji həllər məsələsində nailiyyətlərini bütün dünyaya nümayiş etdirməyə imkan verəcək. Ötən il dekabrın 25-də Prezident İlham Əliyev iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması barədə Sərəncam imzalayıb. Sənəddə rəqabətqabiliyyətli iqtisadiyyatın dayanıqlı inkişafı, ölkənin təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi əsas prioritetlər kimi nəzərdə tutulur.
Təlim uşaqların suallarının cavablandırılması ilə başa çatıb.