Məclisin Zaqatala regionu üzrə nümayəndəsi tərəfindən “Narkomaniya əsrin bəlasıdır” adlı tədbir

Məclisin Zaqatala regionu üzrə nümayəndəsi tərəfindən “Narkomaniya əsrin bəlasıdır” adlı tədbir

  • 05 Aprel 2024
  • admin

Məclisin Zaqatala regionu üzrə nümayəndəsi tərəfindən “Narkomaniya əsrin bəlasıdır” adlı tədbir

Uşaq Səfirlər Məclisinin Zaqatala regionu üzrə nümayəndəsi Mədinə Ağazadənin təşəbbüsü, Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələrinin iştirakı ilə “Narkomaniya əsrin bəlasıdır” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə bəşəriyyəti böyük təhlükə qarşısında qoyan və başlıca bəlaya çevrilən narkomaniyanın insan orqanizminə, səhhətinə, sağlamlığına və mənəviyyatına ağır zərbə vurmasından və ona qarşı aparılan mübarizə tədbirlərindən bəhs edilib. Bildirilib ki, narkomaniya ilə mübarizə uzunmüddətli və çoxşaxəli bir prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bir çox cinayətin törənmə səbəbləri arasında birinci sıralarda yer alan narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Ölkəmizdə insan amilinin dövlət siyasətinin əsası olduğunu vurğulayan çıxışçılar bu istiqamətdə narkomanlığa qarşı dövlət səviyyəsində aparılan tədbirlərin müsbət nəticə verməsindən, eyni zamanda bu məsələdə dövlətlə birlikdə cəmiyyətin, vətəndaşların, ictimai qurum və təşkilatların, media subyektlərinin də üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıblar.

Tədbir mövzu ilə bağlı sualların cavablandırılması ilə başa çatıb.