Uşaq Səfirlər Məclisinin Lerik rayonu üzrə nümayəndələri Cavanşir Qurbanzadə və Əli Ağayevin təşəbbüsü

Uşaq Səfirlər Məclisinin Lerik rayonu üzrə nümayəndələri Cavanşir Qurbanzadə və Əli Ağayevin təşəbbüsü

  • 30 Avqust 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Lerik rayonu üzrə nümayəndələri Cavanşir Qurbanzadə və Əli Ağayevin təşəbbüsü, Lerik Rayon Təhsil Sektorunun dəstəyi ilə Uzunömürlülər Muzeyinə ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi Lerikin “Uzunömürlülər Diyarı” kimi tanınmasını vurğulamaq və dünyada yeganə olan bu muzeyin eksponatları ilə iştirakçıları tanış etmək olub.

Ekskursiya zamanı 168 il ömür sürdüyü deyilən Şirəli Müslümovun şəxsi əşyaları, uzunömürlü insanların pasportları, məktubları və gündəlik məişət nümunələri xüsusi maraq doğurub. Lerikin təmiz havası və təbiətinin uzunömürlülüyə təsiri barədə verilən məlumatlar isə uşaqlara sağlam həyat tərzi barədə düşünmək imkanı yaradıb.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalNümayəndəliklər