Uşaq Səfirlər Məclisinin Astara rayonu üzrə nümayəndələri Mirvari Dadaşzadə, Əli Nəzərli və rayon fəalı Nurel Muradzadənin təşəbbüsü

Uşaq Səfirlər Məclisinin Astara rayonu üzrə nümayəndələri Mirvari Dadaşzadə, Əli Nəzərli və rayon fəalı Nurel Muradzadənin təşəbbüsü

  • 31 Avqust 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Astara rayonu üzrə nümayəndələri Mirvari Dadaşzadə, Əli Nəzərli və rayon fəalı Nurel Muradzadənin təşəbbüsü ilə Astara Gənclər Evində "Bir kitab, min fikir" adlı tədbir təşkil olunub.

Tədbirdə Antuan de Sent-Ekzüperinin məşhur “Balaca Şahzadə” əsəri müzakirə olunub. Tədbirin məqsədi gənclərdə mütaliə marağını artırmaq, həmçinin iştirakçılarda sərbəst fikir bildirmə və müzakirə bacarıqlarını inkişaf etdirmək idi.

Gənclər müzakirə zamanı kitabdan seçilmiş alıntılar haqqında öz düşüncələrini, əsərdən anladıqlarını və hisslərini bölüşdü.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalNümayəndəliklər