Məclisin regional nümayəndələri tərəfindən “Qızlar müzakirəyə qoşulur” tədbirlər silsiləsinə start verilib
Uşaq Səfirlər Məclisinin Qubadlı üzrə regional nümayəndəsi Aysu Cuvarlının təşkilatçılığı ilə “Qızlar müzakirəyə qoşulur” layihəsi çərçivəsində qızların hüquqlarının qorunmasına dair təlim keçirilib.
Təlimdə Qubadlı rayon Qadınlar Şurasının sədri Nuriyyə Hüseynova, Qubadlı rayon Mərkəzi Xəstəxanasının həkimi Könül Kazımova və Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri üzrə müdafiə sektorunun məsul şəxsi Aytən Məmmədova iştirak edib.
Təlim zamanı erkən nikah, məişət zorakılığı, təhsil və inkişaf hüququ kimi mövzulardan söz açılıb, hüquqların pozulması halında atıla biləcək addımlar diqqətə çatdırılıb.
Təlim mövzu ətrafında diskussiya ilə davam edib.