Lerik Rayonunda uşaqların asudə vaxtının səmərəli təşkili istiqamətində “Səma altında səhifələr” adlı tədbir keçirilib.
Uşaq Səfirlər Məclisinin regional nümayəndələrinin təşəbbüsü, Lerik Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı, Lerik Rayon Mərkəzi Kitabxana Sisteminin dəstəyi ilə uşaqların asudə vaxtının səmərəli təşkili istiqamətində “Səma altında səhifələr” adlı tədbir keçirilib.
Tədbirdə uşaqların asudə vaxtının səmərəli təşkili ilə bağlı maarifləndirici söhbətlər aparılıb, yetkinlik yaşına çatmayanlara kitabxana fondunda olan kitablar haqqında ətraflı məlumat verilib.