Lənkəranda “Ulu Öndərin izi ilə” adlı tədbir
Lənkəranda “Ulu Öndərin izi ilə” adlı tədbir
Uşaq Səfirlər Məclisinin Lənkəran üzrə regional nümayəndələrinin təşkilatçılığı, Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Ulu Öndərin izi ilə” adlı tədbir keçirilib.
Öncə şəhərdə yerləşən Heydər Əliyev Muzeyinə ziyarət olunub. Uşaqlar Ulu Öndərin dərin dövlətçilik ənənələrini özündə əks etdirən eksponatlar və güşələrə baxış keçiriblər.
Tədbirdə qeyd olunub ki, Azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müasir müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı.
Daha sonra Ümummilli Liderin həyatını əks etdirən suallarıdan ibarət “Kahoot” tipli intellektual oyun keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sərginin nümayişi ilə davam etdirilib.