İ.Tahirov adına Mehdili kənd tam orta məktəbinin şagirdlərinin, eyni zamanda məktəb müəllimlərinin iştirakı ilə 20 Yanvar-Ümumxalq Hüzn günü ilə əlaqədər "20 Yanvar şəhidləri" adlı tədbir keçirildi

İ.Tahirov adına Mehdili kənd tam orta məktəbinin şagirdlərinin, eyni zamanda məktəb müəllimlərinin iştirakı ilə 20 Yanvar-Ümumxalq Hüzn günü ilə əlaqədər "20 Yanvar şəhidləri" adlı tədbir keçirildi

  • 21 Yanvar 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayon üzrə nümayəndəsi Aynur Məmmədovanın təşəbbüsü,  Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İ.Tahirov adına Mehdili kənd tam orta məktəbinin şagirdlərinin, eyni zamanda məktəb müəllimlərinin iştirakı ilə 20 Yanvar-Ümumxalq Hüzn günü ilə əlaqədər "20 Yanvar şəhidləri" adlı tədbir keçirildi.

Tədbirdə 20 Yanvar faciəsinin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Daha sonra 20 Yanvarın Azərbaycan tarixində təkcə faciə deyil, Azerbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğu ilə bağlı məlumat verildi.

Sonda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş şeirlər səsləndirildi.