“Ekoloji problemlərlə mübarizədə alternativ enerji mənbələrinə keçid ən effektiv üsuldur” mövzusunda debat turniri başa çatıb
Uşaq Səfirlər Məclisinin Balakən regionu üzrə nümayəndəsinin təşəbbüsü ilə “Ekoloji problemlərlə mübarizədə alternativ enerji mənbələrinə keçid ən effektiv üsuldur” mövzusunda debat turniri başa çatıb.
Uşaq Səfirlər Məclisinin Balakən regionu üzrə nümayəndəsi Şəbnəm Osmanovanın təşəbbüsü, Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə Gənclər və İdman sektoru, Balakən rayonu üzrə Təhsil sektoru və Balakən Gənclər Evinin dəstəyi ilə “Yalnız bir DÜNYA” layihəsi çərçivəsində “Ekoloji problemlərlə mübarizədə alternativ enerji mənbələrinə keçid ən effektiv üsuldur” mövzusunda debat turniri başa çatıb.
Turnirin nəticələrinə əsasən 1 nömrəli şəhər tam orta məktəbinin "Nizami-cədid" komandası qalib gəlib.
Qeyd edək ki, layihənin məqsədi məktəblilərdə sosial bacarıqların artırılması, onların auditoriya qarşısında çıxış edə bilmək bacarığını formalaşdırmaq və inkişaf etdirmək, dünyagörüşünün artırılması, asudə vaxtın səmərəli təşkilidir.