DAŞLAŞMIŞ DÜŞÜNCƏLƏR-ZORAKILIQ HALLARI

DAŞLAŞMIŞ DÜŞÜNCƏLƏR-ZORAKILIQ HALLARI

  • 27 Aprel 2021
  • admin

27.04.2021 tarixində "DAŞLAŞMIŞ DÜŞÜNCƏLƏR-ZORAKILIQ HALLARI" mövzusunda "Qızlar müzakirəyə qoşulur" silsilə videokonfransın üçüncü ünvanı - Qobu 3 nömrəli tam orta məktəb olmuşdur.

Tədbir, Uşaq Səfirlər Məclisindən nümayəndələrin iştirakı ilə baş tutub.

İlk olaraq məktəbli Aydan Allahyarovanın giriş sözləri ilə tədbir başlayıb. Məclis nümayəndəsi Əsmər İsmayılova çıxışında xüsusilə azyaşlılara olan zorakılıq halları,harda müşahidə edildiyi və bunun qarşısının alınması yolları haqqında çıxış edərək məktəbliləri belə halları adiləşdirməməyə çağırıb. Təklif olaraq məktəblilərin belə hallara yanaşmasını öyrənmək üçün elektron sorğu yaratmalarını və nəticəni məclisə təqdim etmələrini verib.

Növbəti çıxışda Məclis nümayəndəsi Nəzrin Yusublu fiziki zorakılıq mövzusunda xüsusilə aktual mövzu olan pandemiya şəraitində qadına,uşağa olan zorakılıq hallarını vurğulayıb və bu istiqamətdə müzakirə apararaq şagirdləri mövzuya cəlb edib. Məktəbli Ayşən Bağışova da mövzunun davamı olaraq fiziki zorakılığın uşaqlarda səbəb olduğu problemləri qeyd etdi.

Məclis nümayəndəsi Ayan Əhmədova psixoloji zorakılıqla bağlı çıxışında xüsusilə məktəblərdə aparılan araşdırmalar və belə zorakı halların elə məktəblilərin intiharına səbəb olmasını ön plana çıxardı. Eyni zamanda tədbir müddətində avropa ölkələri ilə apardığı müqayisələr ilə mövzuya rəng qatdı.

Tədbirdə məktəbli Vüsalə Mehdiyevanın çıxışında cinsi zorakılıq halları ilə bağlı fikirlər və cəmiyyətin həmçinin belə hallara olan yanaşması müzakirə edildi.

Tədbirin gedişatında məclis nümayəndəsi Nəcibə Allahverdiyeva zorakılıq hallarına qarşısının alınması yollarını,cəmiyyətdəki müəyyən streotipləri, belə halları gözardı etmədən məlumat verməyi məsləhət verib. Məktəbli Aydan Allahyarovanın çıxışında məktəblərdə şagirdlərin məhz bir-birinə olan psixoloji zorakılığı vurğulanıb.

MəclisMəclisin digər nümayəndəsi Həyat Ağayeva xüsusilə zorakılıq hallarındakı zəncirvari hadisələri uşaqlıqdan ailədən gəlməsi ilə bağlamış və eyni zamanda erkən nigahla bağlı bəzi məsələlərə toxunmuşdur.

Tədbirin sonunda məktəbli Vüsalə Mehdiyeva ailənin uşaqlara zorakılığı ilə bağlı problemlər yaranmasın deyə psixoloqlarla görüşün vacibliyini vurğuladı.