“BİZ GƏLƏCƏYİK” adlı yay düşərgəsinin 1-ci günü

“BİZ GƏLƏCƏYİK” adlı yay düşərgəsinin 1-ci günü

  • 23 İyul 2023
  • admin

“BİZ GƏLƏCƏYİK” adlı yay düşərgəsinin 1-ci günü

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 23-29 iyul, 2023-cü il tarixlərində “BİZ GƏLƏCƏYİK” adlı yay düşərgəsi təşkil edilib.

Yay düşərgəsində Uşaq Səfirlər Məclisinin üzvləri və xüsusi istedadı ilə fərqlənən Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun fəalları iştirak edib.

Ümummilli Lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir!” kəlamından yola çıxaraq “BİZ GƏLƏCƏYİK” adlandırılan yeddi günlük yay düşərgəsində beş komandada iştirak edən uşaqlarla öncədən tərtib edilmiş proqrama uyğun olaraq müxtəlif təlimlər, maarifləndirici müzakirələr, ekskursiyalar və əyləncəli oyunlar keçirilib.

Yeniyetmələr üçün yay tətili müddətində düşərgələrin təşkil edilməsinin əsas məqsədi onların iştirak hüquqlarının təmin edilməsi, təkliflər vermək imkanının yaradılması, həmçinin bu kimi fəaliyyətlər vasitəsilə uşaqların sərbəst düşünmə, özünü ifadə bacarıqlarını inkişaf etdirmək, eyni zamanda, yeni dostluqların qazanılmasına təkan verməkdir.