Balakəndə “Cümhuriyyətin 106-cı baharı” adlı bilik yarışı keçirilib
Balakəndə “Cümhuriyyətin 106-cı baharı” adlı bilik yarışı keçirilib
Uşaq Səfirlər Məclisinin Balakən üzrə regional nümayəndəsi Lamiyə Dibirovanın təşəbbüsü, Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Balakən rayonu üzrə Gənclər və İdman Sektoru, Balakən Rayonu üzrə Təhsil Sektoru, Balakən Gənclərinin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə 28 May – Müstəqillik Günü münasibətilə “Cümhuriyyətin 106-cı baharı” adlı bilik yarışı keçirilib.
Yarışda rayonun müxtəlif ümumtəhsil məktəblərindən 5 komanda iştirak edib.
Əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Daha sonra isə məktəblilərin ifasında şeirlər səsləndirilib.
İntellektual yarışda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövründə keçirdiyi islahatlara dair verilən sualların ən çoxuna düzgün cavab verən Üzeyir Hacıbəyov adına Qabaqçöl qəsəbə kənd tam orta məktəbinin komandası qalib gəlib.