Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində Uşaq Səfirlər Məclisinin növbəti görüşü Elm və Təhsil Nazirliyində baş tutub.
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində Uşaq Səfirlər Məclisinin növbəti görüşü Elm və Təhsil Nazirliyində baş tutub.
Görüşdə elm və təhsil naziri Emin Əmrullayev uşaqların suallarını cavablandırıb, uşaq hüquqları, olimpiadalar və region məktəblərinin inkişafı mövzularında geniş müzakirələr aparılıb.
Cənab nazir, uşaqların aktiv iştirakı və təqdim etdikləri suallara görə minnətdarlığını bildirərək, onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, həmçinin təhsilin keyfiyyətinin artırılması üçün görülən davamlı işlər haqqında da məlumat verib.
Görüşün sonunda iştirakçılar cənab nazir ilə xatirə fotosu çəkdiriblər.