Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində növbəti görüş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində baş tutub.
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində növbəti görüş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində baş tutub.
Görüş zamanı nazir Rəşad Nəbiyev gələcəyin təhsil istiqamətləri, peşə seçimi, kiber təhlükəsizlik və informasiya texnologiyaları mövzularında geniş müzakirələr apararaq uşaqların suallarını cavablandırıb
Azərbaycanın rəqəmsal gələcəyinin məhz gənc nəsillərin bilik və bacarıqları ilə formalaşacağını vurğulayan nazir, uşaqlara öz təşəkkürünü bildirərək, onlara gələcək həyatlarında uğurlar arzulayıb