Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu çərçivəsində Uşaq Səfirlər Məclisinin üzvləri ilə birinci təşkilati iclas keçirilib.
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu çərçivəsində Uşaq Səfirlər Məclisinin üzvləri ilə birinci təşkilati iclas keçirilib.
Görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova forum çərçivəsində görüləcək işlər, ümumi proqram və yeniliklər barədə məlumat verib.
Bildirib ki, bu ilin ölkəmizdə"Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar olaraq uşaqların da qeyd edilən mövzu ətrafında fikir mübadiləsinin aparılması və təşəbbüslərinin irəli sürülməsi, onların bu məsələyə təşviqi əsas məqsədlərdəndir. Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi də bu istiqamətdə işlərini intensivləşdirməli və maarifləndirmə işini artırmalıdır.
Yekunda Uşaq Səfirlər məsələ ilə bağlı fikirlərini səsləndiriblər və öz təşəbbüslərini irəli sürüblər.
Qeyd edək ki, Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun təşkili ilə bağlı keçirilən iclaslar uşaqların bu prosesdə yaxından iştirakına töhfə verəcək.