Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu

  • 14 Avqust 2020
  • admin

14 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə "Ermənistanın Azərbaycana hərbi təcavüzü və erməni təxribatı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda onlayn forum keçirilib.

Forumda Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva iştirak ediblər.

Forumda çıxış edən qonaqlar gənclərin ünvanladıqları sualları cavablayaraq, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu, onların bu sahədə fəaliyyətlərinin düzgün qurmalarının əhəmiyyəti və dünyanın hər yerində yaşayan gənclərimizin şəbəkələşərək vahid amal uğrunda birləşmələrinin vacibliyinə toxunublar.

Eyni zamanda, rəsmilər öz çıxışlarında xaricdə yaşayan soydaşlarımızın Azərbaycan ordusuna dəstək məqsədilə keçirdikləri aksiyaların əhəmiyyətini vurğulayaraq, müasir gəncliyimizin vətənpərvərlik anlayışının geniş olmasını, təhsilli və fərdi inkişafı vasitəsilə vətənə xeyir verməyə çalışdıqlarını təqdirəlayiq hal kimi dəyərləndiriblər.

Qeyd edək ki, onlayn forumda Uşaq Səfirlər Məclisinin üzvü Aydan Hacıyeva da iştirak edib.