Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət gəstərən Uşaq Səfirlər Məclisininin “Uşaqdan-uşağa” layihəsi çərçivəsində növbəti təlim Pirallahı Gənclər Mərkəzində keçirilib.
Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Təranə Piriyeva görüşdə çıxış edərək, iştirakçıları salamlayıb, onlara Uşaq Səfirlər Məclisi, onun fəaliyyət istiqamətləri və “Uşaqdan-uşağa” layihəsi barədə məlumat verib. Tədbirdə, eyni zamanda Pirallahı Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəsmi nümayəndələri iştirak edib.
Uşaq Səfirlər Məclisinin üzvləri Aşurbəy Məmmədzadə, Tunar Məmmədli və Rüfət Əzizzadə tərəfindən keçirilən təlim “İxtisas seçimində İT sahələri” mövzusuna həsr edilib.
Təlimdə interaktiv üsullarla uşaqların fəallığı təmin edilib, keçirilmiş intellektual oyunun qalibləri təltif edilib.