Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaq Səfirlər Məclisinin regional nümayəndələrinin fəallığının artırılması məqsədilə onların 3 aylıq fəaliyyəti qiymətləndirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaq Səfirlər Məclisinin regional nümayəndələrinin fəallığının artırılması məqsədilə onların 3 aylıq fəaliyyəti qiymətləndirilir

  • 03 Avqust 2025
  • admin

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaq Səfirlər Məclisinin regional nümayəndələrinin fəallığının artırılması məqsədilə onların 3 aylıq fəaliyyəti qiymətləndirilir. Bu qiymətləndirmə əsasında regional nümayəndələr təşəkkürnamələrlə təltif olunurlar. İkinci kvartal (aprel, may, iyun) üzrə ən fəal şəhər Mingəçevir seçilmişdir.

Dövlət Komitəsi tərəfindən Mingəçevir Şəhər İcra Hakimiyyətinə göndərilmiş təşəkkürnamələr nümayəndələrə təqdim olunmuşdur.

Bu münasibətlə Mingəçevir şəhər nümayəndələrimiz Sevinc Məmmədova və Zeynəb Şükürovanı səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalNümayəndəliklər