5 dekabr - Dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

5 dekabr - Dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

  • 05 Dekabr 2025
  • admin

5 dekabr - Dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Bu günün məqsədi cəmiyyətin inkişafına töhfə verən, sosial layihələrdə fəal iştirak edən, humanitar dəyərləri yaşadan könüllülərin fəaliyyətini yüksək qiymətləndirməkdir. Könüllülük həm həmrəylik, həm də məsuliyyət nümunəsidir və gənclərin sosial həyatda daha aktiv rol oynamasına güclü stimul verir.

Bu əlamətdar gün münasibətilə Uşaq Səfirlər Məclisi də öz üzvlərinin könüllülük prinsipləri əsasında fəaliyyət göstərdiyini vurğulayır. Məclis uşaqların hüquqlarının müdafiəsi, onların inkişaf imkanlarının artırılması və uşaq dostu cəmiyyət qurulması istiqamətində həyata keçirdiyi təşəbbüslərdə könüllü üzvlərin fəallığını xüsusi qiymətləndirir.

Unutmayaq, bu günün qəhrəmanları – könüllülərdir!

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #5Dekabr #BeynəlxalqKönüllülərGünü