21 Mart - dünyada Beynəlxalq Daun Sindromu Günü
21 Mart - dünyada Beynəlxalq Daun Sindromu Günü kimi qeyd edilir. Bu tarix Daun sindromlu şəxslərin hüquqlarına, onların cəmiyyətə tam inteqrasiyasına və bərabər imkanlara sahib olmalarına diqqət çəkmək məqsədilə təsis olunub.
Hər fərd unikaldır, hər insan dəyərlidir! Daun sindromu bir fərqlilikdir, lakin məhdudiyyət deyil. Sevgi və dəstək olduqda, bu uşaqlar istedadlarını üzə çıxara, uğurlar qazana və cəmiyyətin ayrılmaz hissəsinə çevrilə bilərlər.
İnklüziv və mərhəmətli bir cəmiyyət qurmaq hər birimizin məsuliyyətidir. Fərqlilikləri qəbul edək, dəstəkləyək və hər kəs üçün daha gözəl gələcək yaradaq!