21 Fevral - Beynəlxalq Ana Dili Günüdür
Ana dili hər bir xalqın milli kimliyini, düşüncə tərzini və mədəniyyətini formalaşdıran əsas amillərdən biridir. Tariximiz, ədəbiyyatımız və mədəni irsimiz məhz dil vasitəsilə nəsildən-nəslə ötürülmüşdür. Dil təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqın mənəvi dəyərlərinin və milli yaddaşın daşıyıcısıdır.
Ana dilinin qorunması və düzgün istifadəsi cəmiyyətin inkişafının göstəricisidir. Dilimizin saflığını və zənginliyini qorumaq hər birimizin borcudur.
Gəlin dilimizi sevək, qoruyaq və inkişaf etdirək!
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #CAC