2025/2026-cı tədris ili üzrə Uşaq Səfirlər Məclisindən Dövlət Proqramı qaliblərini tanıyaq!
2025/2026-cı tədris ili üzrə Uşaq Səfirlər Məclisindən Dövlət Proqramı qaliblərini tanıyaq!
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2025/2026-cı tədris ili üçün xaricdə təhsil almaq hüququ qazanan namizədlər müəyyən olunmuşdur.
Sevindirici haldır ki, qaliblər sırasında Uşaq Səfirlər Məclisinin iki üzvü, həmçinin iki Bakı fəalı da yer alır. Sözügedən gənclər University of Hong Kong, University College London və University of Edinburgh kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olaraq, ölkəmizi beynəlxalq elmi-akademik mühitdə təmsil etmək imkanı əldə etmişlər.
Qaliblərimizi bu böyük uğur münasibətilə təbrik edir, onlara təhsil həyatlarında davamlı nailiyyətlər arzulayırıq!
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #DövlərProqramı