16 aprel tarixində Balakən rayonunda Uşaq Səfirlər Məclisinin fəalları ilə görüş keçirilib.
16 aprel tarixində Balakən rayonunda Uşaq Səfirlər Məclisinin fəalları ilə görüş keçirilib.
Görüşdə Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Omarova, rayon təhsil sektorunun aparıcı məsləhətçisi Sevinc İbadova, "Uşaq Səfirlər Məclisinin" Balakən rayon nümayəndələri və "Uşaq Səfirlər Məclisi"nin fəalları iştirak edib.
Görüşdə "Uşaq Səfirlər Məclisi"nin regional nümayəndəlikləri üçün 2025-ci il üzrə Tədbirlər Planı ilə əlaqədar qarşıda duran hədəflər, keçiriləcək layihələr müzakirə edilib, təkliflər səsləndirilib.