14 fevral 2025-ci il tarixində Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyində Uşaq Səfirlər Məclisinin üzvləri məktəb şagirdləri üçün “Uşaq Hüquqları” mövzusunda maarifləndirici təlim təşkil ediblər.

14 fevral 2025-ci il tarixində Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyində Uşaq Səfirlər Məclisinin üzvləri məktəb şagirdləri üçün “Uşaq Hüquqları” mövzusunda maarifləndirici təlim təşkil ediblər.

  • 18 Fevral 2025
  • admin

14 fevral 2025-ci il tarixində Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyində Uşaq Səfirlər Məclisinin üzvləri məktəb şagirdləri üçün “Uşaq Hüquqları” mövzusunda maarifləndirici təlim təşkil ediblər. 

Məclisin Bakı fəalının təşəbbüsü ilə təşkil olunun təlimin əsas məqsədi uşaqlara hüquqları haqqında ətraflı məlumat vermək, onların bu sahədə biliklərini artırmaq və hüquqlarını müdafiə etmə bacarıqlarını inkişaf etdirmək olub. Tədbir zamanı iştirakçılara uşaq hüquqlarının əsas prinsipləri, o cümlədən fikir, vicdan və din azadlığı, birləşmək hüququ, şəxsi toxunulmazlıq, təhsil və istirahət hüquqları barədə ətraflı məlumat verilib.

Məclis üzvləri uşaqların hüquqlarının qorunmasının vacibliyini vurğulayıb, onların cəmiyyətdə fəal iştirak etmələrinin əhəmiyyətini qeyd ediblər.

Tədbir interaktiv müzakirələrlə davam edib, şagirdlər suallar verərək müzakirələrə qoşulublar. Təlimin sonunda aktiv iştirakçılara kitablar hədiyyə olunub.