Uşaqlar üçün korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş məsuliyyətinə dair görüş

Uşaqlar üçün korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş məsuliyyətinə dair görüş

  • 15 Mart 2024
  • admin

Uşaqlar üçün korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş məsuliyyətinə dair görüş

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq çərçivəsində Uşaq Səfirlər Məclisinin üzvləri və fəalları üçün maarifləndirici görüş keçirilib.

Martın 15-də keçirilən görüşdə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə və “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova təlimçi qismində çıxış ediblər.

Müzakirə formatında baş tutan görüşdə korrupsiya anlayışı, ona gətirib çıxaran amillər barədə danışılıb, şəffaflığın təmin olunması istiqamətində aparıcı elektron hökumət resursları barədə məlumatlar verilib.