Uşaq Səfirlər Məclisinin region nümayəndələri Respublika Fənn Olimpiadalarında uğur qazanaraq qaliblər sırasında yer alıblar!

Uşaq Səfirlər Məclisinin region nümayəndələri Respublika Fənn Olimpiadalarında uğur qazanaraq qaliblər sırasında yer alıblar!

  • 06 İyun 2026
  • admin

İsmayıllı rayonu üzrə nümayəndə Mirzəyeva Nazlı Azərbaycan dili və ədəbiyyat fənni üzrə, Biləsuvar rayonu üzrə nümayəndə Aytac Rəsulzadə isə biologiya fənni üzrə gümüş medala layiq görülüb.

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları (RFO) şagirdlərin müxtəlif fənlər üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi, istedadlı gənclərin aşkara çıxarılması və onların potensialının inkişaf etdirilməsi məqsədilə təşkil olunan ölkənin ən nüfuzlu bilik yarışlarından biridir.

Nümayəndələrimizi əldə etdikləri bu uğur münasibətilə ürəkdən təbrik edir, onlara gələcək təhsil həyatlarında və fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq! 

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC