Uşaq Səfirlər Məclisinin Xocavənd rayon  üzrə nümayəndəsi Namazlı Elmirin təşəbbüsü

Uşaq Səfirlər Məclisinin Xocavənd rayon üzrə nümayəndəsi Namazlı Elmirin təşəbbüsü

  • 23 İyun 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Xocavənd rayon üzrə nümayəndəsi Namazlı Elmirin təşəbbüsü, Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Hüquq Hər Yaşda Hüquqdur” adlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloq, aparıcı məsləhətçisi Orxan Həsənli uşaqlarla hüquq mövzusunda maarifləndirici fikir və tövsiyələrini bölüşmüşdür.

Uşaq Səfirlər Məclisinin nümayəndəsi Namazlı Elmir çıxış edərək uşaqların hüquqlarının qorunmasının, onların fikirlərinə dəyər verilməsinin və cəmiyyətin fəal üzvü kimi formalaşmalarının vacibliyini qeyd etmişdir.

Tədbirdə digər uşaqlar da çıxış etmiş, hüquqlar mövzusunda fikirlərini bölüşmüş və hüquqi maariflənmənin əhəmiyyətinə dair düşüncələrini səsləndirmişdir. Tədbir gənclərin hüquqi biliklərinin artırılması və vətəndaş şüurunun formalaşdırılması baxımından mühüm təşəbbüs kimi qiymətləndirilmişdir.

Sonda isə “İnsan hüquqları nədir?” adlı maarifləndirici animasiya filmi nümayiş olunmuşdur.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər