Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə nümayəndəsi Nazlı Mirzəliyevanın təşəbbüsü
Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə nümayəndəsi Nazlı Mirzəliyevanın təşəbbüsü, İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin və Təhsil sektorunun təşəbbüsü ilə "Uşaqdan böyüyə" layihəsi çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə uşaq iştirakçılığı, onların azad fikir səsləndirmə hüququndan danışılmış, bu haqda valideynlər ilə müzakirələr aparılmışdır. Xüsusilə uşaqların cəmiyyətin vacib bir parçası olduğu fikri tədbir boyu səsləndirilmişdir.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər