Uşaq Səfirlər Məclisinin nümayəndələri və fəalları “Zəkaların mübarizəsi” olimpiadasında yüksək nəticələr əldə edərək qaliblər sırasında yer alıblar!
Abşeron rayonu üzrə nümayəndə Ayxan Abbaszadə və məktəb nümayəndəsi Əli Zeynalov olimpiadada 1-ci yerə layiq görülüblər.
Salyan rayonu üzrə fəallar Mətin Bahadırlı və Talib Sədiyev isə 2-ci yerin sahibi olublar.
Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadası iştirakçıların məntiqi təfəkkürünü, bilik səviyyəsini, komandada işləmək bacarığını və intellektual potensialını nümayiş etdirməsinə imkan yaradan bilik yarışlarından biridir.
Qaliblərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində və təhsil həyatlarında yeni nailiyyətlər arzulayırıq!
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC