Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələrinin təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələrinin təşəbbüsü, Neftçala Rayon İcra Hakimiyyətinin və Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Neftçala şəhər S.İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Konstitusiya və Suverenlik” ili çərçivəsində “Yol hərəkəti qaydaları” mövzusunda maarifləndirici görüş keçirilib. Tədbirdə ilk öncə Ümumilli lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu yad olunub, daha sonra çıxışlar edilib. Çıxışlarda yol hərəkəti qaydalarının birbaşa uşaq hüquqları ilə bağlı olduğu və uşaqların təhlükəsizliyi üçün valideynlərin, sürücülərin, müəllimlərin həmçinin polisin məsuliyyət daşıdığı vurğulanıb, daha sonra mövzu müzakirəyə açılaraq fəalların fikir və təklifləri dinlənilib.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər