Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə nümayəndəsi Şükürova Zeynəbin təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə nümayəndəsi Şükürova Zeynəbin təşəbbüsü, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Təhsil sektorunun dəstəyi, Azərbaycan müəllimi qəzetinin regional əməkdaşı Aynur Quliyevanın, metodist Ülviyyə Kərimovanın və region fəallarının iştirakı ilə "Uşaqdan-böyüyə" layihəsi çərçivəsində "Susdurulmuş qızlar" adlı tamaşa nümayiş olunub.
Tədbirin məqsədi günümüzün aktual problemlərindən olan, erkən nikaha qarşı mübarizənin gücləndirilməsi, bu istiqamətdə maarifləndirmə işlərin görülməsini təbliğ etməkdir.
Tədbirin sonunda tamaşada iştirak edən heyət təşəkkürnamə ilə təltif olunub.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər