Uşaq Səfirlər Məclisinin Bərdə region nümayəndəsi Əlizadə Kənanın təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Bərdə region nümayəndəsi Əlizadə Kənanın təşəbbüsü Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bərdə Regional ASAN Xidmət Mərkəzidə “Sülh naminə bir addım” adlı tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi gənclərdə sülhün dəyərlərini təbliğ etmək, onları ictimai proseslərdə daha fəal iştirak etməyə təşviq etmək, eyni zamanda Azərbaycanın həyata keçirdiyi sülh siyasəti barədə maarifləndirici müzakirələr aparmaq olmuşdur.
Çıxışlar zamanı Azərbaycanın həyata keçirdiyi sülh təşəbbüsləri, beynəlxalq hüquqa əsaslanan ədalətli və davamlı sülhün əhəmiyyəti barədə ətraflı məlumat verilmiş, ölkəmizin apardığı uğurlu siyasətin bölgədə uzunmüddətli sabitlik və təhlükəsizlik üçün real imkanlar yaratdığı vurğulanmışdır.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalNümayəndəliklər