"Uşaq Səfirlər Məktəbi - 4" təcrübə proqramına seçimlər başladı!
Gələcəyin lideri olmaq, biliklərini inkişaf etdirmək və unikal təcrübələr qazanmaq istəyirsənsə, bu proqram sənin üçündür!
Proqram haqqında:
• Müddət: 3 ay
• İştirakçılar 3 əsas departament üzrə seçiləcək: Uşaqlarla İş, Layihələrin İdarəedilməsi və İKT Departamenti.
• Seçilən könüllülər tədbirlərin təşkilində iştirak edəcək, uşaq səfirlərlə birgə çalışaraq kommunikasiya, liderlik və sosial bacarıqlarını inkişaf etdirəcəklər.
• Proqramı uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.
• Qeydiyyatda yalnız 12-16 yaş aralığında olan və Bakı şəhərində yaşayan uşaqlar iştirak edə bilərlər.
Seçim Prosesi:
Qeydiyyat formasını düzgün dolduran və müsahibəni uğurla keçən 15 nəfər (hər departament üzrə 5 nəfər olmaqla) proqrama qəbul ediləcək.
Əsas məqsədimiz:
Gənclər arasında liderlik, əməkdaşlıq və innovativ düşüncə tərzini təşviq etməkdir.
Müraciət üçün son tarix: 18.07.2026 saat 18:00
Özünü inkişaf etdirmək və fərq yaratmaq istəyirsənsə, bu proqram tam sənlikdir! Uğurlu gələcəyin ilk addımını bizimlə at!
Qeydiyyat linki: https://forms.gle/fA13ravVnqFdSQUc9
Proqramla bağlı suallarınızı Instagram hesabımıza yaza bilərsiniz: @ushaqsefirler
Qeydiyyatdan keçməzdən əvvəl zəhmət olmasa "Təcrübə Proqramı" haqqında Uşaq Səfirlər Məclisinin Əsasnaməsinə əlavə ilə tanış olun.