“Mənim hüquqlarım” təşviqat avtobusu Oğuz rayonunda.

“Mənim hüquqlarım” təşviqat avtobusu Oğuz rayonunda.

  • 10 İyul 2026
  • admin

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və onların maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində Oğuz rayonuna növbəti səfər təşkil olunub.

Səfər çərçivəsində Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xaçmaz, Padar, Xalxal, Bayan və Muxas kəndlərində 128 uşağın iştirakı ilə “İnternet təhlükəsizliyi”, “Uşaq hüquqları” və “Asudə vaxtın səmərəli təşkili” mövzularında təlimlər keçirilib.

https://family.gov.az/az/news/menim-huquqlarim-tesviqat-avtobusu-oguz-rayonunda