“Doğru seçim, güclü gələcək” layihəsinin ilk mərhələsi həyata keçirilib.

“Doğru seçim, güclü gələcək” layihəsinin ilk mərhələsi həyata keçirilib.

  • 13 Avqust 2026
  • admin

13 avqust 2026-cı il tarixində “Doğru seçim, güclü gələcək” layihəsinin ilk mərhələsi çərçivəsində Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Nərgiz Şirinova tərəfindən təlim keçirilib.

Təlim zamanı 13–17 yaşlı uşaqlara düzgün ixtisas və peşə seçimi, maraq və bacarıqların müəyyənləşdirilməsi, eləcə də gələcək karyera istiqamətlərinin seçilməsi ilə bağlı məlumat və tövsiyələr verilib. İştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda iştirakçılara gələcək seçimlərində daha məqsədyönlü və düşünülmüş qərarlar qəbul etmələri üçün faydalı tövsiyələr verilib.