12 avqust 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Uşaq Səfirlər Məclisinin məzunları və yeni seçilmiş üzvləri ilə görüşüb.

12 avqust 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Uşaq Səfirlər Məclisinin məzunları və yeni seçilmiş üzvləri ilə görüşüb.

  • 12 Avqust 2026
  • admin

Görüşdə Məclisin fəaliyyəti, əldə olunan nəticələr, uşaqların hüquqlarının müdafiəsi və onların ictimai həyatda fəal iştirakının təmin edilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Aynur Sofiyeva Uşaq Səfirlər Məclisinin uşaqların şəxsi inkişafı, liderlik keyfiyyətlərinin formalaşması və yeni təcrübələr qazanması baxımından Dövlət Komitəsinin ən uğurlu layihələrindən biri olduğunu vurğulayıb. O, Məclisin hər bir üzvünün Azərbaycan gəncinin parlaq və layiqli nümunəsi olduğunu qeyd edərək, məzunların burada qazandıqları bilik və təcrübənin gələcək həyatlarında mühüm rol oynayacağına diqqət çəkib.

Daha sonra Məclisin fəaliyyətinə verdikləri mühüm töhfəyə görə məzunlara təşəkkürnamələr təqdim edilib.

Görüşün davamında sınaq müddətini uğurla başa vuraraq Uşaq Səfirlər Məclisinin yeni üzvləri seçilmiş səfirlərlə fikir mübadiləsi aparılıb.

Səfirlər göstərilən etimada görə təşəkkürlərini bildirərək Azərbaycan uşaqlarının səsi olacaqlarını, onların hüquq və mənafelərinin müdafiəsində fəal iştirak edəcəklərini, eləcə də uşaqların qarşılaşdıqları problemlərin həllinə öz töhfələrini verəcəklərini qeyd ediblər.

Yekunda yeni səfirlərə üzvlük kartları təqdim edilib, xatirə fotosu çəkilib.