Bahar Muradova Uşaq Səfirlər Məclisinin yeni seçilmiş üzvləri ilə görüşüb
Görüşdə uşaq iştirakçılığının əhəmiyyəti, uşaqların hüquqlarının qorunması və onların cəmiyyətin inkişafında fəal rolunun önəmi vurğulanıb.
Sonda yeni seçilən səfirlərə üzvlük vəsiqələri təqdim olunub.
Qeyd edək ki, Uşaq Səfirlər Məclisinin vakant yerlərinə qəbul üçün 8 avqust tarixində elan verilmiş, nəticədə müstəqil özünü ifadə etmə bacarığına, ictimai fəallığa, liderlik keyfiyyətinə malik 130 nəfər qeydiyyatdan keçmiş, onlardan 50 nəfər müsahibə mərhələsinə qatılmışdır.
Müsahibə mərhələsini uğurla tamamlayan 8 uşaq Məclisə üzv seçilmişdir.
Seçim prosesi 29 sentyabr – 6 oktyabr tarixlərini əhatə etmişdir.
Ətraflı: https://family.gov.az/az/news/bahar-muradova-usaq-sefirler-meclisinin-yeni-secilmis-uzvleri-ile-gorusub-1?fbclid=IwY2xjawPixzBleHRuA2FlbQIxMABzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEeqVvUzGmINC800sFn0cY071VoPHAJc28n2uhzAi_9WUa64H5Tu-Zmi5RBo-w_aem_CIFcTxF7d2shZrwyvp_Ilw